Azərbaycan yığmasının alman baş məşqçisi Berti Foqts qarşısında yeni şərtlər qoyulub - AFFA-nın baş katibi

Cəmiyyət Materials 10 Noyabr 2009 11:24 (UTC +04:00)
Azərbaycanın futbol üzrə yığmasının alman baş məşqçisi Berti Foqts qarşısında qoyulan yeni şərtlər əsasən milli komandanın heyətinin gəncləşdirilməsi prosesinin davam etdirilməsi olub, bunu çərşənbə axşamı Trend News-a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov bildirib.
Azərbaycan yığmasının alman baş məşqçisi Berti Foqts qarşısında yeni şərtlər qoyulub - AFFA-nın baş katibi

Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın futbol üzrə yığmasının alman baş məşqçisi Berti Foqts qarşısında qoyulan yeni şərtlər əsasən milli komandanın heyətinin gəncləşdirilməsi prosesinin davam etdirilməsi olub, bunu çərşənbə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov bildirib.

"Baş məşqçi qarşısında qoyulan şərtlərdən biri də təlim-məşq toplanışları və fiziki hazırlıq proseslərinin yüksək səviyyədə keçirilməsidir", - baş katib əlavə edib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbol üzrə milli yığmanın almaniyalı baş məşqçisi Foqtsla yeni müqavilə imzalayıb. AFFA-nın prezidenti Rövnəq Abdullayev milli komandanın baş məşqçisi Foqtsla görüşərək onun ötən dövr ərzindəki fəaliyyəti barədə hesabatını və gələcək üçün fəaliyyət proqramını dinləyib.

Müzakirələrdən sonra Foqtsun milli komandanın baş məşqçi kimi fəaliyyəti 2 il müddətinə uzadılıb.


Məmmədov deyib ki, AFFA rəhbərliyi ilə görüş zamanı növbət iki il üçün yığma komanda ilə bağlı təkliflər verilib.

Milli komandanın baş məşqçisinin yerli mütəxəssislərdən olan yeni köməkçisi məsələsinə gəldikdə, Məmmədov bununla bağlı qərarın 2010-cu ilin əvvəllərində veriləcəyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti