Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir F.Hüseynli/
Azərbaycan Milli Parolimpiya Komitəsinin Qolbol üzrə milli komandası Rusiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Milli Parolimpiya Komitəsinin mətbuat xidmətindən cümə axşamı Trend -a bildiriblər ki, Rusiya Federasiyası Parolimpiya Komitəsinin dəvəti əsasında Azərbaycan Milli Parolimpiya Komitəsinin Qolbol üzrə milli komandası noyabrın 24-29-da Tula şəhərində keçiriləcək Beynəlxalq turnirdə iştirak edəcək.
Baş məşqçi Fəxrəddin Əliyevin komandası turnirdə Rusiya, Ukraina, Belarus, Qazaxıstan və digər MDB yığmaları ilə qarşılaşacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]