Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir A.Hüseynbala/
UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri uşaq hüquqlarının qorunması sahəsində ölkəmizlə sıx əməkdaşlıq edildiyini bildirib.
"UNİCEF Azərbaycan höküməti ilə uşaqların hüquqlarının realizə edilməsi və həyata keçirilməsində sıx əməkdaşlıq edir. Biz çalışırıq ki, hər bir kəs uşaqların hüquqlarını tanısın", - UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard Azərbaycan Parlamentinin BMT-nin uşaq hüqüqları ilə bağlı konvensiyasinin 20 illiyi ilə bağlı bu gün keçirilən xüsusi iclasında çıxışı zamanı bildirib.
Bu gün Azərbaycan Milli Məclisinin xüsusi sessiyasında BMT-nin Uşaq Fondu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyasının (UHK) qəbul edilməsinin 20-ci il dönümünə həsr edilmiş xüsusi iclası keçirilir.
Bu Konvensiya uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK demək olar ki, bütün dünyada qəbul edilib.
"Azərbaycan Prezidenti İlham Əliyevin 2009 ili "Uşaq ili" elan etməsi çox təqdirə layiqdi. Azərbaycan uşqlarının potensialından istifadə edilməsini öz ölkəsinin inkişafında birmənalı qəbul edir. Bütün uşaqlar üçün sağlamlıq və müalicə xidmətləri əlverişli olmalıdır. Bu gün dünyada uşaqlara qoyulan sərmayə ən faydalı sərmayə hesab olunur. Uşaqlara sərf edilən 1 manatdan cəmiyyət 7 dəfə çox bəhrələnir. İnanıram ki, Azərbaycan iqtisadi inkişafı buna öz töhvəsini verəcək" Herevard deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]