Azərbaycanın "Olimpik-Şüvəlan" klubunun baş məşqçisi istefa verib

Cəmiyyət Materials 23 Noyabr 2009 15:03 (UTC +04:00)
“Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Əsgər Abdullayev istefa verib. Trend News-un məlumatına görə, Abdullayev istefa ərizəsini bu gün prezident Vaqif Qasımova təqdim edib.
Azərbaycanın "Olimpik-Şüvəlan" klubunun baş məşqçisi istefa verib

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir F.Hüseynli/

"Olimpik-Şüvəlan" klubunun baş məşqçisi Əsgər Abdullayev istefa verib. Trend -un məlumatına görə, Abdullayev istefa ərizəsini bu gün prezident Vaqif Qasımova təqdim edib.

"Olimpik-Şüvəlan"ın əsas komandasındakı ab-hava, futbolçular arasındakı münasibət məni qane etmir. Bu klubun formalaşmasında, bir iddialı klub kimi qəbul olunmasında böyük xidməti və zəhməti olan bir məşqçi kimi bunlar məni razı sala bilməz. Bir peşəkar kimi dəyişikliyə zərurət olduğunu hiss edirəm. Bəlkə də bu vəziyyəti düzəltmək üçün mənim komandadan getməyim klubun əvvəlki nüfuzunu qaldırmağa kömək edəcək. Bu addımı atmağı özümə vətəndaşlıq borcu sayıram. Bunları nəzərə alaraq, sizə bildirirəm ki, mənim "Olimpik-Şüvəlan" futbol klubunun baş məşqçisi vəzifəsindən istefamı qəbul edəsiniz. Sizə və komandaya gələcək oyunlarda uğurlar arzulayıram", - Abdullayev atdığı addımı belə izah edib.

49 yaşlı mütəxəssisin bu komanda ilə ən böyük uğuru ötən il Premyer Liqamızın gümüş medal qazanması olub. İlk dövrəni 8-ci yerdə bitirən "Olimpik-Şüvəlan" altılığa düşmək şansı az olsa da, ölkə kubokunda mübarizəni davam etdirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti