...

Azərbaycanın Sumqayıt şəhərində Texnologiyalar parkında tikinti-quraşdırma işləri aparılır

Cəmiyyət Materials 2 Dekabr 2009 11:20 (UTC +04:00)
Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yeni inşa edilən müəssisədə mis və alüminium ərintisi, müxtəlif diametrli elektrik naqilləri, güc kabelləri və eləcə də yüksək gərginlikli ötürücü kabellərin istehsalı nəzərdə tutulub.
Azərbaycanın Sumqayıt şəhərində Texnologiyalar parkında tikinti-quraşdırma işləri aparılır

Azərbaycan, Bakı, 2 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Sumqayıt şəhərində 40 hektar sahəni əhatə edən Sumqayıt Texnologiyalar parkında tikinti-quraşdırma işləri davam etdirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yeni inşa edilən müəssisədə mis və alüminium ərintisi, müxtəlif diametrli elektrik naqilləri, güc kabelləri və eləcə də yüksək gərginlikli ötürücü kabellərin istehsalı nəzərdə tutulub. Bu məqsədlə müəssisəyə bir sıra xarici ölkələrdən müasir texnologiyaya əsaslanan emal avadanlıqları gətirilib. 6 korpusun tikintisi, əsas avadanlıqların quraşdırılması və bəzi avadanlıqların sınaq-sazlama işləri başa çatdırılıb, sınaq nümunələri alınıb.

Hazırda inzibati binanın və məişət yerinin tikintisi aparılır.

Ümumilikdə müəssisədə tikinti-quraşdırma işlərinə 1100 nəfərə yaxın işçi cəlb edilib.

Tikinti-quraşdırma işləri "İnter Enerji" və "Azenko" şirkətləri tərəfindən həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti