...

Azərbaycanda elm olimpiyadasının qalibləri ölkənin ali məktəblərinə imtahan vermədən qəbul ola bilərlər - nazir müavini

Cəmiyyət Materials 2 Dekabr 2009 15:01 (UTC +04:00)
"Beynəlxalq elm olimpiyadasının qalibləri ola bilsin ki, ali məktəblərə imtahan vermədən qəbul olsunlar", - gənclər və idman nazirinin müavini İntiqam Babayev Bakda yeniyetmələr arasında keçiriləcək VI Beynəlxalq elm olimpiyadasının açılışına həsr edilən mətbuat konfransında deyib.
Azərbaycanda elm olimpiyadasının qalibləri ölkənin ali məktəblərinə imtahan vermədən qəbul ola bilərlər - nazir müavini

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda elm olimpiyadasının qalibləri ölkənin ali məktəblərinə imtahan vermədən qəbul ola bilərlər.

"Beynəlxalq elm olimpiyadasının qalibləri ola bilsin ki, ali məktəblərə imtahan vermədən qəbul olsunlar", - gənclər və idman nazirinin müavini İntiqam Babayev Bakda yeniyetmələr arasında keçiriləcək VI Beynəlxalq elm olimpiyadasının açılışına həsr edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qanunvericilikdə göstərilib ki, beynəlxalq olimpiyadaların qalibləri ali məktəblərə imtahan vermədən qəbul oluna bilərlər və bu istiqamətdə işlər görüləcək.

Beynəlxalq elm olimpiadasının prezidenti Masna Hintinq deyib ki, olimpiadanın keçirilməsində əsas məqsəd gənclərin bu fənlərə olan maraqlarının artırılmasıdır və 15 yaş ona görə seçilib ki, olimpiadanın qalibləri ali məktəblərdə bu ixtisaslar üzrə təhsillərini davam etdirə bilsinlər. Keçən iki Beynəlxalq bilik olimpiadasında Azərbaycan 6 bürünc medal qazanmışdı.

2-11 dekabr tarixlərində Bakıda keçiriləcək olimpiadada 15 yaşlı məktəblilər arasında fizika, kimya və biologiya üzrə 49 ölkədən olan 600 yeniyetmə və onların müəllimləri iştirak edəcəklər.

Babayevin sözlərinə görə, Azərbaycan 15 şagird təqdim edəcək. "Olimpiadanın təşkil edilməsi üçün Bakıda Azərbaycan diplomatik Akademiyasının rektoru Hafiz Paşayevin rəhbərliyi ilə elmi komitə yaradılıb. Komitə suallar hazırlayıb və olimpiadanın nəticələrinin qiymətləndirilməsi ilə məşğul olacaq. Həmçinin Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi ilə təşkilat komitəsi də yaradılıb", - Babayev deyib.

Nazir müavinin sözlərinə görə, imtahanlar iki mərhələdə keçiriləcək - mətn və eksperiment növdə (təcrübə məşğələsi). Olimpiadada veriləcək suallar hər mərhələnin başlanmasınadək gün ərzində bütün təmsilçi ölkələrin müəllimləri tərəfindən müzakirə ediləcək. Lakin sualların gizli saxlanması üçün olimpiada keçirilən zaman müəlimlər və tələbələr bir-birilərindən təcrid olunacaqlar. "VI Beynəlxalq olimpiada ilk dəfədir ki, Avropa ölkəsində keçirilir. Olimpiadanı gələn il Nigeriyada təşkil edəcəyik. Biz dünyanın bütün hissələrini əhatə etmək niyyətindəyik", - Hintinq deyib. Olimpiada ingilis dilində keçiriləcək. Olimpiada 2004-2005-ci illərdə İndoneziyada, 2006-cı ildə Braziliyada, 2007-ci ildə Tayvanda, 2008-ci ildə isə Koreyada keçirilib.

Xəbər lenti

Xəbər lenti