...

Azərbaycanın yeni tədris ilində nümunəvi məktəblər fəaliyyətə başlayacaq - təhsil naziri

Cəmiyyət Materials 2 Dekabr 2009 15:07 (UTC +04:00)
"Gələn il sentyabrın 15-də yeni tədris ilinin başlanğıcında respublikamızda nümunəvi məktəblər fəaliyyətə başlayacaq. Onların adi məktəblərdən fərqi ondan ibarət olacaq ki, bu məktəblərdə tədris 5-ci sinifdən başlayacaq. Bu məktəblərə şagirdlər və müəllimlər xüsusi qaydada seçiləcəklər", - Trend News-un məlumatına görə, bu barədə çərşənbə günü Lənkəranda jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.
Azərbaycanın yeni tədris ilində nümunəvi məktəblər fəaliyyətə başlayacaq - təhsil naziri

Azərbaycan, Lənkəran, 02 dekabr / Trend , müxbir P.Əliyeva/

Azərbaycanın təhsil naziri bildirib ki, yeni tədris ilində nümunəvi məktəblər fəaliyyətə başlayacaq.

"Gələn il sentyabrın 15-də yeni tədris ilinin başlanğıcında respublikamızda nümunəvi məktəblər fəaliyyətə başlayacaq. Onların adi məktəblərdən fərqi ondan ibarət olacaq ki, bu məktəblərdə tədris 5-ci sinifdən başlayacaq. Bu məktəblərə şagirdlər və müəllimlər xüsusi qaydada seçiləcəklər", - Trend -un məlumatına görə, bu barədə çərşənbə günü Lənkəranda jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

Nazir deyib ki, məktəblər həm maddi-texniki bazası, həm də təchizat baxımından digər məktəblərdən fərqlənəcək.

"Başqa bir fərqi isə ondan ibarətdir ki, bu məktəblərin müəllimləri xüsusi təyin olunmuş əməkhaqqı alacaqlar. Nümunəvi məktəblərin 8 regionda yaradılması nəzərdə tutulub. Lənkəranda, Gəncədə, Mingəçevirdə, Ağdaşda, Şirvanda, Qubada və Sumqayıtda yaradılması planlaşdırılır", - Mərdanov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti