...

Azərbaycanda yeni peşə təlimi mərkəzləri yaradılacaq

Cəmiyyət Materials 2 Dekabr 2009 15:15 (UTC +04:00)
Azərbaycanın təhsil naziri hər iqtisadi rayonunda bir peşə təlimi mərkəzi yaradılacağını bildirib.
Azərbaycanda yeni peşə təlimi mərkəzləri yaradılacaq

Azərbaycan, Lənkəran, 02 dekabr / Trend , müxbir P.Əliyeva/

Azərbaycanın təhsil naziri hər iqtisadi rayonunda bir peşə təlimi mərkəzi yaradılacağını bildirib.

"Gələcəkdə biz çalışırıq ki, ölkənin hər iqtisadi rayonunda bir peşə təlimi mərkəzi yaradaq. Bu, bizim indiyə qədər bildiyimiz peşə təhsili müəssisəsindən xeyli fərqli olacaq. Burada müxtəlif yaşlı insanlar təhsil ala biləcək, müxtəlif proqramlar həyata keçiriləcək. Yəni ola bilər ki, 40 yaşında müəyyən qrup adamlar gəlsin ki, mən hər filan peşəni öyrənmək istəyirəm. Biz bunun üçün ayrıca proqram tərtib edəcəyik. Biz buraya ölkənin həmin bölgələrində fəaliyyət göstərən dövlət və qeyri-dövlət təşkilatlarını dəvət edəcəyik", - Trend -un məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Misir Mərdanov deyib.

Nazir bildirib ki, Azərbaycanda peşə məktəblərinin vəziyyəti ürəkaçan deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti