...

Azərbaycanda 10 ay ərzində əlillərin xərclərinə 2,6 mln. manat vəsait yönəldilib

Cəmiyyət Materials 3 Dekabr 2009 10:45 (UTC +04:00)
Bu ilin 10 ayı ərzində əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpasına, əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtının, idman və bədən tərbiyəsi üzrə tədbirlərinin təşkili, əlillərə maddi və texniki yardımın təşkili üzrə xərclərə 2,6 mln. manat vəsait yönəldilib. Göstərilən istiqamətdə həyata keçirilən xərclər son 5 il ərzində 2 dəfə artıb, Trend News-un məlumatına görə, cümə axşamı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqə sektorunun yaydığı məlumatda bildirilib.
Azərbaycanda 10 ay ərzində əlillərin xərclərinə 2,6 mln. manat vəsait yönəldilib

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Bu ilin 10 ayı ərzində əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpasına, əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtının, idman və bədən tərbiyəsi üzrə tədbirlərinin təşkili, əlillərə maddi və texniki yardımın təşkili üzrə xərclərə 2,6 mln. manat vəsait yönəldilib. Göstərilən istiqamətdə həyata keçirilən xərclər son 5 il ərzində 2 dəfə artıb, Trend -un məlumatına görə, cümə axşamı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqə sektorunun yaydığı məlumatda bildirilib.

Dekabr 3-ü Beynəlxalq Əlillər günüdür.

Noyabrın 1-nə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1.298.850 nəfərin 23,9 faizi (311 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. Onlardan 7,2 faizi (22,4 min nəfəri) I qrup, 83,7 faizi (260,3 min nəfəri) II qrup, 9,1 faizi (28,3 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7580 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,9 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 0,6 faizi isə dövlət qulluqçularıdır.

Əlillərə dövlət qayğısı 2006-cı ilin 1 yanvarından qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanununda xüsusi ifadə olunub. Əhalinin pensiya təminatında yeni sistemin tətbiqini nəzərdə tutan bu Qanunda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilib, əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar əks olunub.

Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub. Belə ki, Qanunla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlillər, eləcə də I və ya II qrup əlil ata, ana, ər (arvad) yaşından və əmək fəaliyyətindən asılı olmayaraq ailə başçısını itirməyə görə pensiya hüququna malikdirlər. Bundan əlavə, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib.

Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Belə ki, Qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində, I qrup əlillərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində, I qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində (I qrup Böyük Vətən Müharibəsi əlillərinə 140 faizi məbləğində), II qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində (II qrup Böyük Vətən Müharibəsi əlillərinə 110 faizi məbləğində), III qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində (III qrup Böyük Vətən Müharibəsi əlillərinə 90 faizi məbləğində) əlavələr hesablanır.

Ötən dövr ərzində Fond tərəfindən əlillərin pensiya və müavinətlərinin vaxtlı-vaxtında ödənilməsi ilə yanaşı, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi ilə bağlı bir sıra digər mühüm tədbirlərin də sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsi təmin edilmişdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti