...

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Qaynar xətt"ə daxil olan şikayətləri araşdırıb

Cəmiyyət Materials 4 Dekabr 2009 10:53 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən cümə günü Trend News-a verilən məlumata görə, şikayətlər araşdırılıb və müvafiq tədbirlər görülüb.

Azərbaycan, Bakı, 3 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Qaynar xətt"ə daxil olan şikayətləri araşdırıb.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, şikayətlər araşdırılıb və müvafiq tədbirlər görülüb.

Yasamal rayonu, Teymur Əliyarbəyov küçəsində yaşayan E.Hüseynov tərəfindən Dövlət Statistika Komitəsinin yaxınlığında ağacların kəsilib zibil qutularına atılmasına dair nazirliyin "Qaynar Xətt"inə daxil olmuş məlumat Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən araşdırılıb.

Araşdırma zamanı Yasamal rayonu, N.Nərimanov küçəsində binanın qarşısında naməlum şəxslər tərəfindən 6 ədəd ayland və 1 ədəd tut ağacının kəsildiyi müəyyən olunub. Ağacları kəsən şəxslərin kimliyini müəyyən etmək məqsədi ilə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən Yasamal rayon Polis İdarəsinə məktub göndərilib.

Nizami rayonu Azər Manafov küçəsində yaşayan İ.Mehdiyeva tərəfindən Balaxanı Məişət Tullantıları Poliqonu ərazisində tullantıların yandırılması ilə əlaqədar daxil olan məlumat nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq və Ətraf Mühitin Mühafizəsi Departamentləri tərəfindən araşdırılıb.

Araşdırma zamanı Balaxanı Məişət Tullantıları Poliqonu ərazisində məişət tullantılarının yandırılması və poliqonda uzun illər ərzində yığılıb qalmış üzvi tullantıların təbii çürüməsindən yaranan metan qazının atmosferə atılması nəticəsində havanın normadan artıq çirkləndiyi, eyni zamanda poliqonda öz-özünə yanma prosesinin davam etdiyi aşkar olunub.

Departament tərəfindən yanma faktı ilə əlaqədar poliqonun operatoruna qarşı dəfələrlə inzibati tədbirlər görülüb və müvafiq göstəriş verilib. Yanğının qarşısının alınması istiqamətində işlər aparılsa da yanma prosesi dərin tullantı qatlarında davam etdiyindən yanğını söndürmək mümkün olmayıb.

"Təmiz Şəhər" ASC tərəfindən mövcud vəziyyətin qarşısının alınması istiqamətində poliqondaxili yolların təmir edildiyi, ərazinin hasarlandığı və yaşıllaşdırma işlərinin həyata keçirildiyi bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti