...

Azərbaycanda iş adamlarından hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan bir qrup jurnalistin məhkəməsi başlayıb

Cəmiyyət Materials 4 Dekabr 2009 10:55 (UTC +04:00)
Azərbaycanın Quba rayon sakinləri olan iş adamlarından hədə-qorxu yolu ilə pul tələb eetməkdə ittiham olunan bir qrup jurnalistin məhkəməsi başlayıb.
Azərbaycanda iş adamlarından hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan bir qrup jurnalistin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 4 dekabr / Trend , muxbir H.Bağırov/

Azərbaycanın Quba rayon sakinləri olan iş adamlarından hədə-qorxu yolu ilə pul tələb eetməkdə ittiham olunan bir qrup jurnalistin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Eldar Əsgərovun, Şahlar Vəliyevin və Nüşabə Qasımovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı dekabrın 10-na təyin edilib.

Quba rayonundan olan iş adamları Bəxtiyar Məmmədov, Rüfət Qurbanov, Zəfa Məsimov, İsgəndər Hüseynov və Rövşən Babayev bir qrup jurnalistin onlara hədə-qorxu gələrək pul tələb etmələri barədə şikayət ərizəsi ilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, özlərini jurnalist kimi təqdim edən Şahlar Vəliyev, Eldar Əsgərov və Nüşabə Qasımova qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, rayon ərazisində yerləşən yuxarıda adları çəkilən şəxslərə məxsus "Qübbə", "Ramin", "Qoşa çinar", "Əfsanə" və "Rüstəm" kafelərinin fəaliyyətləri ilə əlaqədar rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə onların hər birindən 1.000 manat tələb ediblər.

Baş İdarəyə dəvət olunmuş Şahlar Vəliyev və Eldar Əsgərov öz izahatlarında törətdikləri əməlləri etiraf ediblər.

Araşdırmalarla məlum olub ki, Sumqayıt şəhər sakini Şahlar Vəliyev "Yeni Azərbaycan Dünyası", Şirvan şəhər sakini Eldar Əsgərov isə "Günəşli Azərbaycan" və "Qanun və gerçəklik" qəzetlərinin baş redaktorları kimi jurnalist adına yaraşmayan, ona ləkə gətirən fəaliyyətlə məşğul olub, ayrı-ayrı vətəndaşlardan və iş adamlarından müxtəlif vaxtlarda hədə-qorxu ilə pul tələb ediblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə), 182.2.4-cü (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu yolu ilə tələm etmə) maddələri ittiham olunurlar.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti