...

Azərbaycanın Sumqayıt şəhərində Almaniya ilə bağlı sərgi keçiriləcək

Cəmiyyət Materials 4 Dekabr 2009 11:09 (UTC +04:00)
Sumqayıt şəhər İcra Hakimiyyətindən cümə günü Trend News-a verilən məlumata görə, dekabrın 15-də Sumqayıt Dövlət Rəsm Qalereyasında “Almaniyanın romantik şəhərləri” adlı sərginin açılışı olacaq.

Azərbaycan, Bakı, 3 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

"Almaniya ilə tanışlıq" proqramı çərçivəsində Sumqayıtda sərgi təşkil olunacaq.

Sumqayıt şəhər İcra Hakimiyyətindən cümə günü Trend -a verilən məlumata görə, dekabrın 15-də Sumqayıt Dövlət Rəsm Qalereyasında "Almaniyanın romantik şəhərləri" adlı sərginin açılışı olacaq.

Sərgi Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Azərbaycanda Almaniya Həftələri "Almaniya ilə tanışlıq" proqramı çərçivəsində həyata keçiriləcək bu sərgi dekabrın 25-dək davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti