...

Azərbaycan qadınları vəzifə tutmaq üçün özlərini hazır hiss etmirlər - Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova

Cəmiyyət Materials 4 Dekabr 2009 15:03 (UTC +04:00)
Azərbaycan qadınları vəzifə tutmaq üçün özlərini hazır hiss etmirlər. Bu barədə cümə günü Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova deyib.
Azərbaycan qadınları vəzifə tutmaq üçün özlərini hazır hiss etmirlər - Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan qadınları vəzifə tutmaq üçün özlərini hazır hiss etmirlər. Bu barədə cümə günü Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, komitə regionlarda araşdırmalar aparıb və qadınlar etiraf ediblər ki, öz üzərlərinə məsuliyyət götürməkdən çəkinirlər.

"Bu məqsədlə biz, ölkənin bütün regionlarında qadınlara dəstək göstəririk. Əgər ötən bələdiyyə seçkilərində qadın iştirakçılar 1-2 faiz təşkil edirdisə, hazırkı bələdiyyə seçkilərində 30 faiz təşkil edir. Biz ümid edirik ki, bu göstərici həmçinin 2010-cu il parlament seçkilərində daha da yaxşılaşacaq", - komitə rəhbri deyib.

Azərbaycanda qadın nazir yoxdur, lakin qonşu İran İslam Respublikasında dörd qadın nazir vəzifəsində çalışır. Ölkə əhalisinin 53 faizini qadınlar təşkil etsə də, Azərbaycan Parlamenti deputatlarının cəmi 11 faizini qadınlar təşkil edir.

Dünya İqtisadi Forumunun statistikasına görə, Azərbaycan dövlət vəzifəsində çalışan qadınların sayına görə dünyada 134 ölkə arasında 119-cu yeri tutur, - daha öncə Azərbaycan Parlamentinin deputatı Gültəkin Hacıbəyli jurnalistlərə deyib.

Dekabr ayının 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 1718 bələdiyyə üzrə 15 682 üzvün seçilməsi nəzərdə tutulub. Seçkilərdə təxminən 32 min namizəd iştirak edəcək və onlardan 6222 nəfəri qadındır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti