...

Azərbaycan hüquq müdafiəçisi həbsdə olan jurnalist və baş redaktorla görüşüb

Cəmiyyət Materials 7 Dekabr 2009 14:35 (UTC +04:00)
Trend News-un məlumatına görə, İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bazar ertəsi jurnalistlərə bildirib ki, "Bizim Yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynov və "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə baş çəkib.
Azərbaycan hüquq müdafiəçisi həbsdə olan jurnalist və baş redaktorla görüşüb

Azərbaycan, Bakı, 7 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan hüquq müdafiəçisi həbsdə olan jurnalist və baş redaktorla görüşüb.

Trend -un məlumatına görə, İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bazar ertəsi jurnalistlərə bildirib ki, "Bizim Yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynov və "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə baş çəkib.

Hüseynovun saxlanma şəraitindən və ona olan münasibətdən şikayətçi olmadığını deyən hüquq müdafiəçisi bildirib ki, jurnalist oktyabrın 14-də 2 saylı müəssisədən vərəmli məhkumlar üçün nəzərdə tutulan 3 saylı müəssisəyə köçürülüb.

Hüseynovun həkimi İsmayıl Cabbarov bildirib ki, o, 3 saylı müəssisəyə iki tərəfli vərəm diaqnozu ilə gəlib.

Müalicədən sonra onun xəstəliyi nisbətən yüngülləşib və hazırda sol tərəfin müalicəsi aparılır.

"Həkimi bildirdi ki, əgər Hüseynov mütəmadi müalicə alarsa 9 aya sağalacaq", - deyə Behbudov deyib.

Behbudov Hüseynovun ağır xəstəlik səbəbindən vaxtından əvvəl cəzadan azad edilməsini vacib sayır.

Hüseynov 2007-ci il iyulun 24-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib. 2008-ci il yanvarın 21-də Ağır Cinayətlər üzrə Məhkəmənin hökmü ilə iki il müddətinə jurnalist fəaliyyəti göstərmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Bakı Apelyasiya Məhkəməsi onun cəzasını beş ilə endirib.

Behbudov Qənimət Zahidin revmatizm xəstəliyindən əziyyət çəkdiyini deyib.

Hüquq müdafiəçisinin spzlərinə görə, baş redaktor dişlərinin müalicəsi üçün imkan yaradılmasını xahiş edib.

"Müəssisədə bunun üçün şərait yoxdur. Mən Penitensiar Xidmətin və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəhbərliyinə bununla bağlı müraciət edəcəm", - deyə Behbudov vurğulayıb.

Behbudov bildirib ki, baş redaktor əfv olunmaq üçün müraciət etməyəcək. "Qənimət Zahid özünü günahkar hesab etmədiyi üçün ərizə yazmayacağını dedi", - Behbudov deyib.

Zahid 2007-ci il ilin noyabrında həbs olunub. 2008-ci ilin martında isə, xuliqanlıqda təqsirləndirilərək, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Baş redaktor həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Azərbaycanda 3 jurnalist həbsdədir.

Xəbər lenti

Xəbər lenti