...

Azərbaycan Mətbuat Şurasında tələbə problemlərinin KİV-lərdə işıqlandırılması müzakirə olunub

Cəmiyyət Materials 7 Dekabr 2009 15:47 (UTC +04:00)
"Mətbuat Şurasında ölkədə fəaliyyət göstərən aparıcı tələbə təşkilatlarının təmsilçilərinin və qəzet baş redaktorlarının iştirakı ilə tələbə problemlərinin KİV-lərdə işıqlandırılması məsələlərinə dair dəyirmi masa keçirilib", - bazar ertəsi Trend News-a Şuradan bildirilib.
Azərbaycan Mətbuat Şurasında tələbə problemlərinin KİV-lərdə işıqlandırılması müzakirə olunub

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Mətbuat Şurasında tələbə problemlərinin KİV-lərdə işıqlandırılması müzakirə olunub/

"Mətbuat Şurasında ölkədə fəaliyyət göstərən aparıcı tələbə təşkilatlarının təmsilçilərinin və qəzet baş redaktorlarının iştirakı ilə tələbə problemlərinin KİV-lərdə işıqlandırılması məsələlərinə dair dəyirmi masa keçirilib", - bazar ertəsi Trend -a Şuradan bildirilib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Şuranın sədri Əflatun Amaşov KİV-lərin tələbə problemlərinin işıqlandırılması sahəsindəki mövcud vəziyyəti barədə məlumat verib. "Onun sözlərinə görə, hazırkı dövrdə mətbuatda bununla bağlı fundamental sistemin mövcudluğu gözə çarpmır. Doğrudur, ayrı-ayrı gənclər təşkilatlarının aktivliyi hiss olunur və onların fəaliyyəti barədə KİV-lərdə mütəmadi məlumatlar yer alır. Konkret tələbə problemlərinə münasibətdə isə eyni sözü söyləmək mümkün deyil", - məlumatda əlavə olunur.

Amaşov deyib ki, indiki vəziyyət təkcə kütləvi informasiya vasitələrindən asılı deyil. "Bu mənada tələbələrin də üzərinə məsuliyyət düşür. Onlar daha çox təşkilatlanmalı və media ilə əlaqələrini gücləndirməyə çalışmalıdırlar", - məlumatda vurğulanır.

"Olaylar" qəzetinin baş redaktoru və eyni adlı informasiya agentliyinin baş direktoru Yunis Oğuz çıxışında tələbə problemlərinin KİV-lərdə işıqlandırılmasının vacibliyinə diqqəti yönəldərək bununla bağlı media orqanlarının üzərinə düşən vəzifələrdən söhbət açıb. O, rəhbərlik etdiyi KİV-lərdə məsələ ilə bağlı təşəbbüslərə geniş yer verməyə hazır olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti