...

Azərbaycan Dövlət Neft Şirkətinə bomba qoyulması barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb

Cəmiyyət Materials 7 Dekabr 2009 16:11 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Elxan Səmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycan Dövlət Neft Şirkətinə bomba qoyulması barədə yalan məlumat verən Bakı sakinin məhkəməsi başlayıb.

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Elxan Səmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Prosesdə ifadə verən Səmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, onu Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə çağıraraq dindiriblər: "Mən də polislərin hərəkətindən əsəbiləşdim və onları narahat etmək qərarına gəldim. Bu məqsədlə də Neft Şirkətinin qarşısında olan avtomobilə bomba qoyulması barədə xəbər verdim".

Səmədov etdiyi əmələ görə peşman olduğunu bildirib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə (216) maddəsi ilə ittiham olunur.

İttihama görə, naməlum şəxs bu ilin avqustun 7-də Səbail rayonunun Neftçilər prospektində "Mercedes" markalı avtomobili Neft Şirkətinin inzibati binasının qarşısında saxlayıb, özü isə oradan uzaqlaşıb.

Şirkətin mühafizəçisi avtomobilin arxa şüşəsinə yapışdırılmış mobil telefon nömrəsinə zəng edərək, avtomaşının oradan götürülməsini tələb edib, cavabında isə həmin şəxs avtomaşının ona məxsus olmadığını bildirib. Lakin 10 dəqiqədən sonra göstərilən telefondan mühafizəçiyə zəng vuraraq avtomaşına bomba qoyduğunu və onun partlayacağını bildirib.

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti