...

Azərbaycanın Sumqayıt şəhərində sulu zirzəmilərin əksəriyyəti təmizlənib

Cəmiyyət Materials 8 Dekabr 2009 11:06 (UTC +04:00)
Sumqayıt şəhər İcra Hakimiyyətindən Trend News-a verilən məlumata görə, cari ilin noyabr ayı ərzində Sumqayıtda Mənzil İstismar Sahələri balansında və qeyri ərazilərdə mövcud olan sulu zirzəmilərin təmizlənməsi ilə əlaqədar olaraq bir sıra işlər görülüb.
Azərbaycanın Sumqayıt şəhərində sulu zirzəmilərin əksəriyyəti təmizlənib

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Sumqayıt şəhərində sulu zirzəmilərin əksəriyyəti təmizlənib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən Trend -a verilən məlumata görə, cari ilin noyabr ayı ərzində Sumqayıtda Mənzil İstismar Sahələri balansında və qeyri ərazilərdə mövcud olan sulu zirzəmilərin təmizlənməsi ilə əlaqədar olaraq bir sıra işlər görülüb.

Şəhər ərazisində ümumilikdə mövcud olan 650-yə qədər sulu zirzəmidə son illər ərzində cari və əsaslı təmir işləri aparılması nəticəsində hazırda 60 sulu zirzəmi qalıb. Bu zirzəmilərdən 32-si MİS-in balansında olan yaşayış binaları, 2-si cədvəlli bina, 4-ü yataqxana, 8-i məktəb, 13-ü uşaq bağçası, 1-i isə mədəniyyət evinin daxilindədir.

Zirzəmilərdə olan qrunt suları nasoslarla mütəmadi çəkilir, xətləri yararsız vəziyyətdə olanlar yeniləri ilə əvəz edilir. Son olaraq, 10-cu mikrorayonda yerləşən 6 və 60 saylı, 2-ci mikrorayonda yerləşən 45/48 saylı, 5-ci mikrorayonda yerləşən 31 saylı binaların zirzəmilərində qurudulma işləri aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti