...

Ayətullah Xameneinin qardaşına məxsus qəzet bağlanıb

Cəmiyyət Materials 8 Dekabr 2009 11:00 (UTC +04:00)
Dekabrın 7-də İranın İrşad və Mədəniyyət Nazirliyinin mətbuata nəzarət heyəti ölkənin tanınmış qəzetlərindən olan və İranın Ali rəhbəri Ayətullah Xamenin qardaşı Hadi Xameneiyə məxsus "Həyate No" (Yeni həyat) qəzetinin bağlanması barədə qərar qəbul edib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.
Ayətullah Xameneinin qardaşına məxsus qəzet bağlanıb

Dekabrın 7-də İranın İrşad və Mədəniyyət Nazirliyinin mətbuata nəzarət heyəti ölkənin tanınmış qəzetlərindən olan və İranın Ali rəhbəri Ayətullah Xamenin qardaşı Hadi Xameneiyə məxsus "Həyate No" (Yeni həyat) qəzetinin bağlanması barədə qərar qəbul edib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, "Həyate No" qəzeti qarşısında qoyulmuş məqsədə uyğun fəalliyət aparmadığı üçün bağlanıb. Məlumatda qəzetin müvəqqəti və ya ümumiyyətlə bağlanması haqda bildirilməyib. "Həyate No" qəzeti hökumətə qarşı tənqidi yazılarla tanınır.

Hadi Xamenei qardaşından fərqli olaraq solçu ruhanilərdəndir.

Xəbər lenti

Xəbər lenti