...

Azərbaycanda icra başçısının oğlunun qətlinə görə ömürlük cəza almış məhkum aclığa başlayıb

Cəmiyyət Materials 8 Dekabr 2009 13:09 (UTC +04:00)
Məhkum Vüqar Əliyevin anası Məlahət İsmayılova çərşənbə axşamı Trend News-a bildirib ki, oğlu 5 gündür saxlandığı Qobustan qapalı həbsxanasında aclığa başlayıb.
Azərbaycanda icra başçısının oğlunun qətlinə görə ömürlük cəza almış məhkum aclığa başlayıb

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Şəmkirin sabiq icra hakimiyyəti başçısının oğlunun qətlində günahkar bilinərək ömürlük azadlıqdan məhrum edilmiş məhkum aclığa başlayıb.

Məhkum Vüqar Əliyevin anası Məlahət İsmayılova çərşənbə axşamı Trend -a bildirib ki, oğlu 5 gündür saxlandığı Qobustan qapalı həbsxanasında aclığa başlayıb.

Ananın sözlərinə görə, oğlunun aclığa başlaması qanunsuz olaraq həbs olunması, barəsində ağır cəza təyin edilməsidir.

İsmayılova oğlunun səhhətində problemlər olduğunu, aclıq keçirdiyi müddətdə həkim nəzarətində saxlanmadığını, həbsxananın rəisinin tapşırığı ilə cərimə təcridxanasına salındığını deyib.

Şəmkir rayon icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanov 2003-cü ilin mayında qətlə yetirilib.

Onun qətlinə görə Lamiyə Quliyeva və Vüqar Əliyev məsuliyyətə cəlb olunub.

Quliyeva 10 il, Əliyev isə ömürlük azadlıqdan məhrum edilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Trend -a bildirib ki, Əliyev dünən axşam aclığa başlaması ilə bağlı həbsxana rəhbərliyinə ərizə ilə müraciət edib.

"O, saxlanma şəraitindən narazılıq etmir. Şikayəti həddən ağır cəza alması ilə bağlıdır", - deyə Sadıqov bildirib.

Sadıqovun sözlərinə görə, qaydalarda nəzərdə tutulub ki, aclıq edən məhkum digər məhkumlardan ayrı saxlanılır.

"Vüqar Əliyev Karsa salınmyıb, sadəcə məhkumlardan təcrid olunub. Aclıq edən məhkumlar üzərində mütəmadi həkim nəzarəti olur. Əliyev də həkim nəzarətindədir", - deyə şöbə rəisi vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti