...

Azərbaycan Ombudsmanı Konstitusiya Məhkəməsinə müraciət edib

Cəmiyyət Materials 8 Dekabr 2009 14:59 (UTC +04:00)
KM-dən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, Ombudsman Elmira Süleymanova məhkəməyə sorğu ilə müraciət edərək Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Konstitusiyaya uyğun olmadığını əsas gətirərək həmin maddənin çıxarılmasını xahiş edib.
Azərbaycan Ombudsmanı Konstitusiya Məhkəməsinə müraciət edib

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Ombudsmanı az ağır cinayət törətmiş hamilə və 8 yaşınadək uşağı olan qadınlara şərti cəza verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

KM-dən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Ombudsman Elmira Süleymanova məhkəməyə sorğu ilə müraciət edərək Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Konstitusiyaya uyğun olmadığını əsas gətirərək həmin maddənin çıxarılmasını xahiş edib.

Həmin maddədə bildirilir ki, şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətməyə görə, beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş qadınlar istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya 8 yaşına qədər uşağı olan qadınlar tərəfindən uşaq 8 yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

Ombudsman sorğusunda qeyd edib ki, uşaq 8 yaşına çatandan sonra ananın həbs cəzası alması uşağın ana himayəsindən məhrum olmasına səbəb olur, bu isə uşaq üçün ciddi problemlər yaradır. Ombudsman belə qadınlara şərti cəzanın verilməsini xahiş edib.

Bu məsələ ilə bağlı Ombudsmana vətəndaşlardan və Ailə, Uşaq və Qadın Məsələləri üzrə Dövlət Komitəsindən müraciətlər daxil olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti