...

Azərbaycanda terrorçuluqda ittiham olunan silahlı birləşmənin üzvləri apelyasiya şikayəti veriblər

Cəmiyyət Materials 8 Dekabr 2009 15:54 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Trend News-a verilən məlumata görə, silahlı birləşmənin bütün üzvləri hökmdən apelyasiya şikayəti veriblər. Təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda terrorçuluqda ittiham olunan "Meşə qardaşları" adlı silahlı birləşmənin üzvləri apelyasiya şikayəti veriblər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Trend -a verilən məlumata görə, silahlı birləşmənin bütün üzvləri hökmdən apelyasiya şikayəti veriblər. Təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Məlumata görə, cinayət işinin materilları apelyasiya şikayətləri ilə birlikdə yaxın günlərdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndəriləcək.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Azərbaycan vətəndaşları Elnur Bəşirov 15, Qüdrət Məlikov 15, Xalid Vəlimətov 14, Ülfət Məlikov 13, Vahid Əsədov 15, Rusiya vətəndaşı Maqomed İsayev 15, Zabit Şıxəliyev 7, Fariz Məmmədov 8, Samir Babayev 8, Anar Vəliyev 8, Rasim İsgəndərov 8, Elşən Allahverdiyev 8, Rafiq Ağacanov 6, Taleh Məhərrəmov 8, Teymur Nərimanov 6, Kamran Bozarki 8, Azər Baxışov 6 il, Vüsal Orucov 5 il 6 ay, Aleksandr Nuraliyev 5 il 6 ay, Məmməd Məmmədov 5 il 6 ay, Elxan Osmanov 6, Zaur Cəfərov 6, Rafiq Rzayev 5 il 6 ay, Sərdar Bünyatov 5 il 6 ay, Türkiyə vətəndaşları Yamin Ali 6 və Özdəmir Ergin 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Dəstə üzvləri Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar Bakının Nərimanov rayonunda yerləşən "Əbu-Bəkr" məscidində terror aktı törətməkdə də təqsirli bilinirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti