...

Varşavada Məmməd Əmin Rəsulzadəyə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Cəmiyyət Materials 8 Dekabr 2009 17:10 (UTC +04:00)
Qriqori Peradze adına 8-ci Beynəlxalq Qafqazşünaslıq konfransı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarından biri Məmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyinə həsr olunub.
Varşavada Məmməd Əmin Rəsulzadəyə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir M.Əliyev/

Qriqori Peradze adına 8-ci Beynəlxalq Qafqazşünaslıq konfransı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarından biri Məmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyinə həsr olunub.

"Varşava Universitetində dekabrın 9-dək dava edəcək konfransın işində Polşa, Azərbaycan, Gürcüstan, ABŞ, Fransa, Almaniya və Türkiyədən olan alimlər iştirak edirlər", - Azərbaycanın Polşadakı səfirliyinin məlumatında deyilir.

Varşava Universitetinin rektoru Vladimir Lenqauer konfransı açarkən Azərbaycan-Polşa münasibətləri və Məmməd Əmin Rəsulzadənin bu münasibətlərin inkişafında rolu barədə danışıb.

Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev hər il keçirilən Beynəlxalq Qafqazşünaslıq konfransının Məmməd Əmin Rəsulzadəyə həsr olunmasını diqqətəlayiq hal adlandırıb.

Konfrans iştirakçılarına Kolumbiya Universitetinin professoru Tadeuş Svyatoxovskinin Məmməd Əmin Rəsulzadənin Azərbaycanın siyasi həyatında rolu haqqında elmi məruzəsi paylanılıb.

Xəbər lenti

Xəbər lenti