...

Azərbaycan paytaxtında Böyük Britaniya vətəndaşına qarşı quldurluq edən şəxslər cəzalandırılıb

Cəmiyyət Materials 8 Dekabr 2009 16:20 (UTC +04:00)
Trend News-un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Goranboy rayon sakini Röyal Əsədullayev, Daşkəsən rayon sakini Rafiq Quliyev 6 il, Bərdə rayon sakini Namiq Bəkirov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycan paytaxtında Böyük Britaniya vətəndaşına qarşı quldurluq edən şəxslər cəzalandırılıb

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycan paytaxtında Böyük Britaniya vətəndaşına qarşı quldurluq edən şəxslərə hökm oxunub.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Goranboy rayon sakini Röyal Əsədullayev, Daşkəsən rayon sakini Rafiq Quliyev 6 il, Bərdə rayon sakini Namiq Bəkirov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar bu il iyulun 10-da Səbail rayonu, Lev Tolstoy küçəsində Böyük Britaniya vətəndaşı Viliams Kolins Makendryuya qarşı zor tətbiq edərək içərisində 20 funt sterlinq, 65 manat və şəxsi sənədləri olan pul kisəsini ondan alaraq qaçıblar.

Onlar Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti