...

Azərbaycanın Sumqayıt şəhərinin yaradılmasının 60 illiyi ilə əlaqədar şəhərin mədəniyyət işçilərinin mükafatlandırılma mərasimi keçirilib

Cəmiyyət Materials 8 Dekabr 2009 16:24 (UTC +04:00)
Trend News-un məlumatına görə, mərasimdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxış edərək son illər şəhərdə mədəniyyət sahəsində görülən işlər, həyata keçirilən tədbirlər haqqında danışıb.
Azərbaycanın Sumqayıt şəhərinin yaradılmasının 60 illiyi ilə əlaqədar şəhərin mədəniyyət işçilərinin mükafatlandırılma mərasimi keçirilib

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Sumqayıt şəhərinin yaradılmasının 60 illiyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları və pul mükafatları ilə təltif edilmiş şəhərin mədəniyyət işçilərinin mükafatlandırılma mərasimi keçirilib.

Trend -un məlumatına görə, mərasimdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxış edərək son illər şəhərdə mədəniyyət sahəsində görülən işlər, həyata keçirilən tədbirlər haqqında danışıb.

Əliyev qeyd edib ki, 2003-cü ilə qədər mədəniyyət sahəsində yaranan problemlər artıq öz müsbət həllini tapıb. Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, mədəni-kütləvi tədbirlərin keçirilməsi, eyni zamanda, mədəniyyət müəssisələrində aparılan əsaslı təmir işləri buna əyani misaldır. Daha sonra Əliyev mədəniyyət işçilərinə mükafatları təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyinin ötən həftə keçirilən səyyar kollegiya iclasının sonunda Sumqayıtın 60 illiyi ilə əlaqədar şəhərin 19 mədəniyyət işçisi nazirliyin pul mükafatı və fəxri fərmanları, 15-i isə fəxri fərmanları ilə təltif edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti