Azərbaycan, Bakı, 09 dekabr / Trend , muxbir H.Bağırov/
Azərbaycan məhkəməsi qəsdən adamöldürmədə ittiham olunanan şəxsə bəraət verdi.
Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çərşənbə günü keçirilən prosesdə Xaçmaz rayon Qusarçay kəndinin sakini Ruslan Rüstəm oğlu Məmmədov barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azad olunub.
İlkin istintaq zamanı müəyyən edilib ki, Məmmədov 2004-cü ildə həmyerlisi Zaur Veysovu Gəndob-Yalama dəmiryolunun 46-cı kilometrliyində, Xaçmazın Qusarçay kəndi ərazisində dəmiryolu relsinə bağlayıb. Veyisov qatarın altında qalaraq ölüb.
Məmmədovun bu cinayəti törətməsinə səbəb kimi Veyisovun onun nişanlısı Ceyran Şahverdiyeva ilə görüşməsi və onun da hadisəni qısqanclıq zəminində törətməsi göstərilib.
2008-ci ilin oktyabrında Rusiyadan Azərbaycana gələn Məmmədov Dəmiryolu Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Məmmədov məhkəmə istintaqı zamanı hadisədən xəbəri olmadığını deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]