...

Dekabr ayının əvvəlindən yağan yağışlar nəticəsində Respublikanın çaylarında suyun səviyyəsi artıb - nazirlik

Cəmiyyət Materials 10 Dekabr 2009 12:12 (UTC +04:00)
Dekabr ayının əvvəlindən yağan yağışlar nəticəsində Respublikanın çaylarında suyun səviyyəsi artıb.
Dekabr ayının əvvəlindən yağan yağışlar nəticəsində Respublikanın çaylarında suyun səviyyəsi artıb - nazirlik

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir M.Əliyev/

Dekabr ayının əvvəlindən yağan yağışlar nəticəsində Respublikanın çaylarında suyun səviyyəsi artıb.

"Yağan yağışlar nəticəsində Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsi normanın 180-260 fazi, Qazax-Gəncə bölgəsi çaylarında normanın 130-180, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 175-215 faizini təşkil edir", - cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Trend -a bildirilib.

Qırıqkəsəmən məntəqəsində, Kür çayının Şəmkir su anbarına axan suyunun səviyyəsinın ongünlük norması 24 faiz, Qanıx çayından Mingəçevir su anbarına axan suyun on günlük səviyyəsi isə 33 faiz artıb.

Azərbaycanın çay şəbəkəsinı 8350-dən çox çay təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti