...

Rusiyanın Azərbaycandakı səfirliyi jurnalistlər arasında müsabiqə elan edib

Cəmiyyət Materials 10 Dekabr 2009 12:44 (UTC +04:00)
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi gənc jurnalistlər və Respublikanın jurnalistika fakultəsi tələbələri arasında üçüncü müsabiqəni elan edib. Bu barədə, Diplomatik Nümayəndəliyin press-relizində deyilib.
Rusiyanın Azərbaycandakı səfirliyi jurnalistlər arasında müsabiqə elan edib

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir E.Tariverdiyeva/

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi gənc jurnalistlər və Respublikanın jurnalistika fakultəsi tələbələri arasında üçüncü müsabiqəni elan edib. Bu barədə, Diplomatik Nümayəndəliyin press-relizində deyilib.

Müsabiqədə iştirak etmiş daha maraqlı materialları ayrıca məcmuə şəklində nəşr edilməsi planlaşdırılır və ən yaxşı foto-süjetlər isə xüsusi təşkil olunmuş foto sərgilərdə nümayiş etdiriləcək, məlumatda deyilir.

Müsabiqəyə işlər rus dilində və "Rusiya-Azərbaycan: sülh və stabillik uğrunda strateji tərəfdaşlıq", Böyük Vətən Müharibəsinin 65 illiyi münasibətilə "Böyük Vətən Müharibəsində əldə olunmuş Qələbə unudulmazdır" və "Müasir Azərbaycanda rus dilinin rolu" mövzularında təqdim olunacaq.

Müsabiqəyə gənc jurnalistlər (30 yaşına qədər) və tələbələr qeyd olunmuş mövzular üzrə yazılar (məqalə, foto-süjet) təqdim edə bilərlər.

Müsabiqənin işi elektron formada aparılacaq, məqalələr 10.000 işarəyədək, foto-süjetlər isə 10 fotodan az olmamalıdır.

Müsabiqəyə materiallr və sənədlər 2009-cu il dekabr ayının 15-nə qədər Rusiyanın Azərbaycandakı səfirliyində, [email protected] elektron ünvanı vasitəsilə qəbul olunacaq.

Müsabiqənin keçirilməsi ilə bağlı məlumat almaq istəyənlər Rusiyanın Azərbaycandakı səfirliyinə və ya www.embrus-az.com saytına müraciət edə bilərlər.

Müsabiqənin qaliblərinə (birinci, iki ikinci, üç üçüncü və həvəsləndirici) fəxri diplomlar və mükafatlar təqdim olunacaq, səfirliyin press-relizində deyilir.

Xəbər lenti

Xəbər lenti