...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dair tövsiyələr hazırlanaraq hökumətə təqdim olunacaq

Cəmiyyət Materials 10 Dekabr 2009 11:36 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu barədə bu gün Dünya Demokratiya Hərəkatının təşkilatçılığı ilə "Hakimiyyət-vətəndaş cəmiyyəti münasibətlərinin inkişafı" mövzusunda keçirilən beynəlxalq konfransda qərara alınıb.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dair tövsiyələr hazırlanaraq hökumətə təqdim olunacaq

Azəbaycan, Bakı, 10 avqust / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dair tövsiyələr hazırlanaraq hökumətə təqdim olunacaq.

Trend -un məlumatına görə, bu barədə bu gün Dünya Demokratiya Hərəkatının təşkilatçılığı ilə "Hakimiyyət-vətəndaş cəmiyyəti münasibətlərinin inkişafı" mövzusunda keçirilən beynəlxalq konfransda qərara alınıb.

Toplantıda iştirak edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı vəziyyət pis deyil.

"Düzdür, vətəndaş cəmiyyəti üçün müəyyən məhdudiyyətlər var. Ancaq bununla paralel vətəndaş cəmiyyətinin fəaliyyəti üçün imkanlar da var. Bütün qeyri-hökumət təşkilatları icma şəkilində hakimiyyətə təsir edə bilirlər", - Lu əlavə edib.

Avropa Şurasının Bakı Ofisinin rəhbəri Veronika Kotek deyib ki, hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoq münasibətlərinin normal inkişafı demokratik ölkələrin əsas göstəricisidir.

"Vətəndaş cəmiyyəti daxilində dialoq olması vacibdir", - Kotek əlavə edib.

Hüquq müdafiəçisi Sahib Məmmədov isə bildirib ki, Azərbaycanda QHT-lərlə hakimiyyət arasında əməkdaşlıq mövcuddur.

"Bu gün hakimiyyətin təqdim etdiyi layihələrdə QHT-lər iştirak edir", - Məmmədov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti