...

Azərbaycanda beş məktəbin bərpasına 3 milyon manat ayrılıb - nazir

Cəmiyyət Materials 10 Dekabr 2009 15:02 (UTC +04:00)
"Azərbaycan Prezidentinin göstərişinə əsasən ayrılmış 3 milyon manat qəza vəziyyətində olan beş məktəbin bərpa edilməsinə yönəldiləcək", - cümə axşamı Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov lurnalistlərə deyib.
Azərbaycanda beş məktəbin bərpasına 3 milyon manat ayrılıb - nazir

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir M.Əliyev/

"Azərbaycan Prezidentinin göstərişinə əsasən ayrılmış 3 milyon manat qəza vəziyyətində olan beş məktəbin bərpa edilməsinə yönəldiləcək", - cümə axşamı Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov lurnalistlərə deyib.

Onun sözlərinə görə, bu məktəblər Qazax, Tovuz, Gəncə, MingəçevirMasallıda yerləşir.

Azərbaycan Prezidenti İlham Əliyev qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqinda sərəncam imzalayıb, məlumat daha öncə AzərTAc dövlət informasiya agentliyində yayılıb.

Sərəncama əsasən, 2009-cu il dövlət büdcəsi ilə nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 3 milyon manat məbləğində vəsait ayrılacaq.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsinin təmin edilməsi, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti