...

Dünyada qadınlar və qızlar daha çox ayrıseçkiliyə məruz qalırlar - BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi

Cəmiyyət Materials 10 Dekabr 2009 13:40 (UTC +04:00)
"Qadınlar indi dünya üzrə istehal olunan məhsulların ikidə birini istehsal edir və əsas etibarilə onların üzərinə dünya kapitalının çox payı düşür. Buna baxmayaraq qadınlar və qızlar çox vaxt cəmiyyətdə ayrıseçkiliyə məruz qalır və hər gün saysız-hesabsız seksual və fiziki zorakğılıqla üzləşirlər", - Trend News-un məlumatına görə, cümə axşamı Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı keçirilən tədbirdə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə komissarı Vladlen Stefanov bildirib.
Dünyada qadınlar və qızlar daha çox ayrıseçkiliyə məruz qalırlar - BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir A.Hüseynbala/

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi hesab edir ki, dünyada qadınlar və qızlar daha çox ayrıseçkiliyə məruz qalırlar.

"Qadınlar indi dünya üzrə istehal olunan məhsulların ikidə birini istehsal edir və əsas etibarilə onların üzərinə dünya kapitalının çox payı düşür. Buna baxmayaraq qadınlar və qızlar çox vaxt cəmiyyətdə ayrıseçkiliyə məruz qalır və hər gün saysız-hesabsız seksual və fiziki zorakğılıqla üzləşirlər", - Trend -un məlumatına görə, cümə axşamı Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı keçirilən tədbirdə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə komissarı Vladlen Stefanov  bildirib.

Hər il dekabrın 10-u bütün dövlətlərdə Beynəlxalq İnsan Hüquqları günü kimi qeyd edilir.

Landenin sözlərinə görə, qadınlar və qızlara qarşı zorakılıq edən insanların çoxu cəzasız qalır. "Bütün dünyada etnik azlıqlar da ayrıseçkiliyə məruz qalırlar və onlar yaşadıqları ölkələrdə siyasi, iqtisadi, sosial həyatda bərabərhüquqlu şəkildə iştirak edə bilmirlər. Onlara bu sahədə məhdudiyyətlər qoyulur", - o əlavə edib.

Komissarın fikrincə, irqi və etnik ayrıseçkilik planetimizin bütün guşələrində mövcuddur və ayrıseçkiliyin ən təhlükəli formalarından biridir. "Əgər bunun qarşısını almasaq və aktiv surətdə qızışdırsaq, o zaman çox asanlıqla nifrətə, qəddarlığa, ən pis halda münaqişələrin qızışmasına, bəşəriyyətə qarşı cinayətlərə və soyqırıma gətirib çıxara bilər", - Landen vurğulayıb.

BMT nümayəndəsi deyib ki, qaçqınlar və mühacirlər də tez-tez ayrıseçkiliyə məruz qalırlar. "Bu cür ayrıseçkilik varlı ölkələrdə də mövcuddur. Orada kişilər, qadınlar, hətta uşaqlar da heç bir cinayət törətmədən həddən artıq uzun müddət azadlıqdan məhrum edilirlər", - komissar xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti