...

Azərbaycanın Təhsil Nazirliyi təhsil sahəsində olan bütün problemləri həll etməyə çalışacaq – nazir

Cəmiyyət Materials 10 Dekabr 2009 15:14 (UTC +04:00)
Azərbaycanın Təhsil Nazirliyi Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təhsil sahəsindəki problemlərdən danışan məqaləsini nəzərə alacaq.
Azərbaycanın Təhsil Nazirliyi təhsil sahəsində olan bütün problemləri həll etməyə çalışacaq – nazir

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir M. Əliyev/

Azərbaycanın Təhsil Nazirliyi Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təhsil sahəsindəki problemlərdən danışan məqaləsini nəzərə alacaq.

"Biz bütün deyilənləri nəzərə alacağıq və çalışacağıq ki, bu kimi problemlər bir daha olmasın", - təhsil naziri Misir Mərdanov cümə axşamı jurnalistlərə deyib.

"Azərbaycan" qəzetinin 8 dekabr tarixli nömrəsində Azərbaycanın Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin təhsil və elm sahəsindəki problemlərə həsr olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsi dərc edilib.

Xəbər lenti

Xəbər lenti