...

Azərbaycan Bakıda keçirilən Beynəlxalq Elm Olimpiadasında iki gümüş və yeddi bürünc medal qazanıb

Cəmiyyət Materials 10 Dekabr 2009 17:28 (UTC +04:00)
Bakıda cümə axşamı başa çatan VI Beynəlxalq Elm Olimpiadasında azərbaycanlı məktəblilər iki gümüş və yeddi bürünc medal qazanıblar.
Azərbaycan Bakıda keçirilən Beynəlxalq Elm Olimpiadasında iki gümüş və yeddi bürünc medal qazanıb

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir M.Əliyev/

Bakıda cümə axşamı başa çatan VI Beynəlxalq Elm Olimpiadasında azərbaycanlı məktəblilər iki gümüş və beş yeddi medal qazanıblar.

"Bu, Azərbaycan üçün yaxşı nəticədir", - təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib.

"Bizim bu sahədə hələ az təcrübəmiz var və olimpiadaya güclü hazırlaşmaq lazımdır", - nazir deyib.

VI Beynəlxalq Elm Olimpiadası 2-10 dekabr tarixləri arasında Bakıda keçirilib.

Olimpiadada dünyanın 49 ölkəsindən 600 nəfər şagird və müəllimlər iştirak edib. Müsabiqə ingilis dilində keçirilib. Əvvəllər bu Olimpiada 2004-2005-ci illərdə İndoneziyada, 2006-cı ildə Braziliyada, 2007-ci ildə Tayvanda, 2008-ci ildə isə Koreyada keçirilib.

Xəbər lenti

Xəbər lenti