...

Azərbaycanda narkotik alverində günahlandırılan Pakistan və Özbəkistan vətəndaşlarına cəza istənilib

Cəmiyyət Materials 10 Dekabr 2009 16:45 (UTC +04:00)
Trend News-un məlumatına görə, cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxış edən prokuror Pakistan vətəndaşı Həmidullah Bəxbadşah, Özbəkistan vətəndaşları - Manzura Sayfilloyeva və Muyiba Khamarayevanın hər birinə 13 il azadlıqdan məhrumetmə cəzası verilməsini məhkəmədən xahiş edib.
Azərbaycanda narkotik alverində günahlandırılan Pakistan və Özbəkistan vətəndaşlarına cəza istənilib

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda narkotik alverində təqsirli bilinən PakistanÖzbəkistan vətəndaşlarının məhkəməsi keçirilib.

Trend -un məlumatına görə, cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxış edən prokuror Pakistan vətəndaşı Həmidullah Bəxbadşah, Özbəkistan vətəndaşları - Manzura Sayfilloyeva və Muyiba Khamarayevanın hər birinə 13 il azadlıqdan məhrumetmə cəzası verilməsini məhkəmədən xahiş edib.

Məhkəmə dekabrın 17-də hökmü elan edəcək.

Həmin şəxslər bu il iyunun 19-da Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan 2 kiloqram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq (206.3.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3) maddələri ilə ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti