...

Azərbaycanlı laureatların işləri ABŞ səfirliyində nümayiş etdirilir

Cəmiyyət Materials 10 Dekabr 2009 21:16 (UTC +04:00)
Azərbaycan Müasir İncəsənət Akademiyasında təhsil alan tələbələrin işləri bir neçə ay ərzində ABŞ səfirliyinin igamətgahında sərgiyə qoyulacaq.
Azərbaycanlı laureatların işləri ABŞ səfirliyində nümayiş etdirilir

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir V.Javoronkova/

Azərbaycan Müasir İncəsənət Akademiyasında təhsil alan tələbələrin işləri bir neçə ay ərzində ABŞ səfirliyinin igamətgahında sərgiyə qoyulacaq.

Bu ilin əvvəlində "Amerika mənim gözümlə" adlı müsabiqəyə 80 rəssamlıq və heykəltəraşlıq işləri təqdim edilib. Onlardan 10-u hazırda səfirliyin iqamətgahındadır.

"Bu əsərlər məni və səfirliyin işçilərini ABŞ və Azərbaycan arasında yeni körpülərin yaradılmasına və sıx əlaqələr üzrə işlərin daha sürətlə davam etdirilməsinə ilhamlandırıb", - ABŞ-ın Azərbaycandakı səfir vəzifəsinin icraçısı Donald Lu akademiyanın tələbə və müəllimlərinin şərəfinə təşkil edilən qəbulda deyib.

Onun sözlərinə görə, bu ay ABŞ-ın bədii icması və Azərbaycan arasında Süzanna Riis və Qustav Robert Roşun Bakıya səfəri çərçivəsində proqram aparılır. "Onlar dekabrın 11-də açılacaq miniatür bədii kitabların sərgisinə rəhbərlik edəcək", - Lu deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti