...

Azərbaycan paytaxtında ağır cinayət törətməkdə təqsirli bilinən şəxsə hökm oxunub

Cəmiyyət Materials 11 Dekabr 2009 11:53 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən cümə günü Trend News-a verilən məlumata görə, Bakının Xətai rayon sakini, milliyətcə ləzgi olan Vadim Avçiyev məhkəmənin hökmü ilə 14 il azadlıqdan məhrum edilib.
Azərbaycan paytaxtında ağır cinayət törətməkdə təqsirli bilinən şəxsə hökm oxunub

Azərbaycan, Bakı, 11 dekabr / Trend , muxbir H.Bağırov /

Azərbaycan paytaxtında ağır cinayət törətməkdə təqsirli bilinən Bakı sakininə hökm oxunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən cümə günü Trend -a verilən məlumata görə, Bakının Xətai rayon sakini, milliyətcə ləzgi olan Vadim Avçiyev məhkəmənin hökmü ilə 14 il azadlıqdan məhrum edilib.

Avçiyev Cinayət Məcəlləsinin qəsdən adamöldürmə(120.2.4), (120.2.9) maddəsi ilə ittiham olunub.

Bu il mayın 10-da Bakının Xətai rayonu, Mingəçevir küçəsi 20/17-də yaşayan 25 yaşlı Südabə Paşayevanın hamamda meyiti aşkar edilib.

Paşayevanın əvvəlcə bədbəxt hadisə nəticəsində öldüyü bildirilsə də, Məhkəmə Tibbi Ekspertizanın rəyindən sonra onun boğularaq öldürüldüyü məlum olub. Aparılan araşdırmalardan sonra məlum olub ki, Paşayevanı 34 yaşlı həyat yoldaşı Avçiyev qətlə yetirib.

O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi qətl hadisəsini etiraf edib və həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib.

Məhkəmədə isə Avçiyev elan olunan ittiham üzrə özünü təqsirli bilməyib və həyat yoldaşını öldürmədiyini bildirib. Məhkəməyə verdiyi ifadəsində həyat yoldaşının intihar etdiyini deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti