...

UEFA Azərbaycanın Ermənistan milli komandası ilə eyni qrupa düşməyəcəyinə dair vəd verməyib - Baş katib

Cəmiyyət Materials 11 Dekabr 2009 12:56 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyası Assosiasiyaları (AFFA) UEFA-nın Azərbaycan və Ermənistan milli komandalarının eyni qrupa düşməyəcəyinə dair hər hansı vədindən xəbərsizdir.
UEFA Azərbaycanın Ermənistan milli komandası ilə eyni qrupa düşməyəcəyinə dair vəd verməyib - Baş katib

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycan Futbol Federasiyası Assosiasiyaları (AFFA) UEFA-nın Azərbaycan və Ermənistan milli komandalarının eyni qrupa düşməyəcəyinə dair hər hansı vədindən xəbərsizdir.

"Bununla bağlı UEFA bizə hər hansı vəd verməyib. AFFA UEFA-nın hər bir qərarına hörmətlə yanaşacaq", - cümə günü Trend -a AFFA-nın Baş katibi Elxan Məmmədov bildirib.

Ermənistan mətbuatının yaydığı məlumata görə, UEFA Azərbaycan və Ermənistan komandalarının bir qrupa düşməyəcəyi barədə vəd verib.

Püşkatma gələn ilin fevralın 7-də keçiriləcək. Azərbaycan və Ermənistan ayri-ayri səbətlərə düşüb.

2012-ci il Avropa Çempionatının (AÇ) final mərhələsi Polşa və Ukraynada keçiriləcək. UEFA 2012-ci ildə keçiriləcək Avropa çempionatının püşkatma mərasimində istifadə olunacaq səbətlərin tərkibini açıqlayıb. Qitə futbol qurumunun daxilinə daxil olan 53 milli Futbol Assosiasiyasından ev sahibləri Ukrayna və Polşa yığmaları çempionata birbaşa qatılacaqlar.

Qalan 51 ölkə isə 6 səbətə bölünəcək. Azərbaycan milli komandası sonuncu səbətdə yer alacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti