...

Azərbaycanda dövlətçilik ideologiyası digər nailiyyətlərin önündə getməlidir - BDU-nun rektoru

Cəmiyyət Materials 11 Dekabr 2009 13:55 (UTC +04:00)
Azərbaycanda dövlətçilik ideolodiyası digər nailiyyətlərin önündə getməlidir, cümə günü jurnalistlərə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Azərbaycanın Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təhsil və elm sahəsindəki problemlərə həsr olunan "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi ilə bağlı fikirlərində deyib.
Azərbaycanda dövlətçilik ideologiyası digər nailiyyətlərin önündə getməlidir - BDU-nun rektoru

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir M. Əliyev/

Azərbaycanda dövlətçilik ideologiyası digər nailiyyətlərin önündə getməlidir, cümə günü jurnalistlərə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Azərbaycanın Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təhsil və elm sahəsindəki problemlərə həsr olunan "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

"Əvvəl bizim elmimiz dünyaya SSRİ vasitəsi ilə çıxırdı, indi isə müstəqil şəkildə çıxır. Artıq istər fundamental elm sahələrinin, istər humanitar, ictimai elm sahəsinin ziyalıları düşünməlidir ki, sovet düşüncələri ilə proseslərə yanaşmaq olmaz", - Məhərrəmov bildirib.

Rektorun fikirlərinə görə, hazırda Azərbaycanda elm və təhsilin inkişafı 3 istiqamətdə aparılır və daha da genişləndirilməli, elm və təhsil sahəsində islahatlar aparılmalıdır.

"Azərbaycanda 1800-ə yaxın elmlər doktoru, professor çalışır və onların 1200-ü ali məktəblərdə işləyir. Bu səbəbdən elmi potensialı da ali məktəblərdə inkişaf etdirmək lazımdır", - rektor deyib.

İkinci istiqamət - azərbaycanlı tələbələrin dünyanın mötəbər ali məktəblərdə təhsil almasıdır.

"Bu məsələdə də islahatlar vacibdir və tələbələrdən səmərəli istifadə eləmək lazımdı. Onlar ali məktəblərdə elmi məktəblər yaratmalıdırlar ki, potensialın artımına gətirib çıxarsın", - rektor deyib.

Rektor həmçinin maddi-texniki şəraitin yaradılmasının vacibliyini də qeyd edərək bildirib ki, xaricdə olan innovasiyaları, cihazları ölkəyə gətirmək lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti