...

Azərbaycanın Ekologiya Nazirliyi Xəzəryanı ölkələri nərə balığının sənaye üsulu ilə ovlanmasından imtina etməyə çağırır

Cəmiyyət Materials 11 Dekabr 2009 17:00 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzəryanı ölkələri nərə balığının sənaye üsulu ilə ovlanmasından imtina etməyə çağırır. Bu barədə cümə günü nazirliyin mətbuat xidmətindən Trend News-a məlumat verilib.
Azərbaycanın Ekologiya Nazirliyi Xəzəryanı ölkələri nərə balığının sənaye üsulu ilə ovlanmasından imtina etməyə çağırır

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzəryanı ölkələri nərə balığının sənaye üsulu ilə ovlanmasından imtina etməyə çağırır. Bu barədə cümə günü nazirliyin mətbuat xidmətindən Trend -a məlumat verilib.

Hər bir Xəzəryanı ölkənin tam və ya qismən ona ayrılmış nərə balığının sənaye üsulu ilə ovlanması normasından imtina etmək hüququ var. Azərbaycan hələ 30 il bundan əvvəl könüllü olaraq qaya balığının ovlanmasını dayandırıb.

2009-cu ilin iyul ayında İranda Xəzər dənizinin Su bioresursları komissiyasının iclasında ölkə nərə balığının ovlanması üzrə daha bir hissədən də imtina edib. Beləliklə, Azərbaycan 4 növ nərə balığının yalnız 2 hissəsindən istifadə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti