...

Dövlət Komitəsi Azərbaycanda dini ədəbiyyatın satışına məhdudiyyətlərin qoyulacağı barədə fikirləri əsassız sayır

Cəmiyyət Materials 11 Dekabr 2009 16:47 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Ceyhun Məmmədov cümə günü Trend News-bildirib ki, bu sahənin tənzimlənməsi, mövcud problemlərin həlli və xoşagəlməz halların aradan qaldırılması məqsədilə bir sıra zəruri və mütərəqqi qərarlar qəbul edilib.
Dövlət Komitəsi Azərbaycanda dini ədəbiyyatın satışına məhdudiyyətlərin qoyulacağı barədə fikirləri əsassız sayır

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Azərbaycanda dini ədəbiyyatın satışına məhdudiyyətlərin qoyulacağı barədə fikirləri əsassız sayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Ceyhun Məmmədov cümə günü Trend -bildirib ki, bu sahənin tənzimlənməsi, mövcud problemlərin həlli və xoşagəlməz halların aradan qaldırılması məqsədilə bir sıra zəruri və mütərəqqi qərarlar qəbul edilib.

Ötən il Azərbaycanda 1507 kitab ekspertizadan kecib, 59-nun idxalına və yayımına qadaga qoyulub.

Son dövrlər mətbuatda dini ədəbiyyatın satışının yalnız ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilərək, ona məhdudiyyətlərin qoyulacağı barədə fikirlər səsləndirilir.

"Dini etiqad azadlığı haqqında" qanuna edilmiş son əlavə və dəyişikliklərə əsasən, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Bu məqsədlə "Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi qaydaları haqqında Təlimat" hazırlanıb", - deyə şöbə müdiri vurğulayıb.

Məmmədovun sözlərinə görə, qanuna belə bir əlavənin edilməsinin bir neçə obyektiv səbəbi var. O bildirib ki, müşahidələr bəzi hallarda dini ədəbiyyatın satışının spirtli içkilərin, tütün məmulatlarının, ərzaq məhsullarının, geyim əşyalarının, tikinti materiallarının satıldığı mağazalarda və yeraltı keçidlərdə həyata keçirildiyini göstərir.

"Bəzən dini kitabların natəmiz yerlərdə satılması hallarına da rast gəlinir ki, bu da dini dəyərlərə hörmətsizlik kimi qəbul edilir, ictimaiyyətdə haqlı narazılıq yaradır. Dini ədəbiyyatın satışını başqa əşyaların satışı ilə müqayisə etmək düzgün olmazdı. Belə halların qarşısını almaq hökumətlə yanaşı, hər bir Azərbaycan vətəndaşının da vəzifəsidir",- Məmmədov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti