...

Dekabrın ilk ongülüyündə Kürdə suyun sərfiyyatı saniyədə 193 kubmetrə qədər azalıb

Cəmiyyət Materials 14 Dekabr 2009 12:39 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi dekabrın ilk ongülüyündə sərhədyani çaylar Kür və Arazın çirklənmə səviyyəsi üzrə növbəti monitorinqi keçirib, cümə axşamı idarənin mətbuat xidmətindən Trend News-a bildirilib.
Dekabrın ilk ongülüyündə Kürdə suyun sərfiyyatı saniyədə 193 kubmetrə qədər azalıb

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir M. Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi dekabrın ilk ongülüyündə sərhədyani çaylar KürArazın çirklənmə səviyyəsi üzrə növbəti monitorinqi keçirib, cümə axşamı idarənin mətbuat xidmətindən Trend -a bildirilib.

Noyabrın üçüncü ongünlüyünə nisbətən dekabrın ilk ongülüyündə Kürdə suyun sərfiyyatı saniyədə 11 kubmetr azalıb və saniyədə 193 kubmetr təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərində çayın çirklənmələrə məruz qaldığı sərhədyani məntəqələrdə böyük həcmdə normanı keçən fenol qatışığı və mis birləşmələri, həmçinin biogen cisimlər aşkar edilib.

Araz çayında suyun sərfiyyatı monitorinq dövründə saniyədə 154 kibmetr təşkil edib.

Bütün məntəqələrdə suyun oksigen rejimi litrə 5,86-6,63 milliqram səviyyəsində qalmaqla, sanitar normaları səviyyəsində dəyişib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti