...

Azərbaycanda hüquq müdafiə mövzusunda yazan jurnalistlər mükafatlandırılıb

Cəmiyyət Materials 14 Dekabr 2009 14:24 (UTC +04:00)
“Azadlığın və Sülhün Müdafiəsi” Beynəlxalq Hüquq Təşkilatının təşəbbüsü ilə sentyabrda elan olunmuş müsabiqənin yekunları bazar ertəsi elan olunub.

Azərbaycan, Bakı, 14 dekabr / Trend , K.Zərbalıyeva/

Azərbaycanda hüquq müdafiə mövzusunda yazan jurnalistlər mükafatlandırılıb.

"Azadlığın və Sülhün Müdafiəsi" Beynəlxalq Hüquq Təşkilatının təşəbbüsü ilə sentyabrda elan olunmuş müsabiqənin yekunları bazar ertəsi elan olunub.

Müsabiqəyə bu il mətbuatda dərc edilmiş insan hüquqlarının müxtəlif sahələrini əhatə edən 20-dən artıq məqalə təqdim olunub.

Münsiflər heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, müsabiqəyə təqdim edilmiş yazılarda insan hüquqlarının müxtəlif istiqamətləri üzrə araşdırmalar aparılıb. Münsiflər heyətinin üzvləri məqaləni yazan jurnalistin adı və mənsub olduğu KİV-dən məlumatsız olub. Qaliblər də yazıların adları üzrə müəyyən edilib.

Birinci yerə "525-ci qəzet"in əməkdaşı Günel Aləməmmədovanın "Öldürməyin, nə olar", ikinci yerə Trend -un əməkdaşı Könül Zərbalıyevanın "Uşaqların günahı nə?", üçüncü yerə "Bizim yol"un əmədaşı Pərviz Həşimovun "Hüquqi neylizm ölkəsində mülki hüquqlar" adlı yazılar layiq görülüb.

Üç yazı isə həvəsləndirmə mükafatına layiq görülüb.

Qaliblərə pul və qiymətli hədiyyələr təqdim olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti