...

İranın sabiq və hazırkı ali liderini təhqir edən bir neçə nəfər həbs olunub - Tehran prokuroru

Cəmiyyət Materials 14 Dekabr 2009 16:41 (UTC +04:00)
Tehran şəhərinin baş prokuroru Abbas Cəfəri Dövlətabadi bazar ertəsi bildirib ki, ayətullah Ruhullah Xomeynini və ayətullah Əli Xamneyini "təhqir edən bir neçə nəfər" həbs olunub və hazırda onların barəsində cinayət işi açılıb, yaxın günlərdə isə məhkəməyə göndəriləcək.
İranın sabiq və hazırkı ali liderini təhqir edən bir neçə nəfər həbs olunub - Tehran prokuroru

Tehran şəhərinin baş prokuroru Abbas Cəfəri Dövlətabadi bazar ertəsi bildirib ki, ayətullah Ruhullah Xomeynini və ayətullah Əli Xamneyini "təhqir edən bir neçə nəfər" həbs olunub və hazırda onların barəsində cinayət işi açılıb, yaxın günlərdə isə məhkəməyə göndəriləcək. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Dövlətabadi həbs olunanların kimliyini açıqlamayıb və deyib ki, həbs olunan şəxslər haqqında araşdırma aparılır və cinayət işi təkmilləşdirilkdən sonra onların neçə nəfər olduğu və kimliyi açıqlanacaq. "İlkin istintaq zamanı onların ittihamı sübuta yetirilib və onlar öz törətdikləri əməlləri etiraf ediblər", - Dövlətabadi deyib.

Dövlətabadi əlavə edib ki, ayətullah Xomeyni və Xamneyini təhqir edən şəxslərdən biri elə həmin gün həbs olunub və hazırda həbsxanadadır, onun cinayət işi tez bir zamanda məhkəməyə göndəriləcək.

İran televiziyası dekabrın 7-də saat 20:30-a olan xəbər buraxılışında və bir neçə buraxılışda Tələbələr günü ilə bağlı keçirilən mitinqlərin yaxınlığında bir neçə nəfərin Prezident Mahmud Əhmədinejad, ali lider ayətullah Əli Xamneyi və İran İslam İnqilabının banisi sabiq ali lider ayətullah Ruhullah Xomeyninin şəkillərini cırması əks olunan kadrları yayımlamışdı.

İran KİV-lərinin yazdığına görə, bir çox təşkilatlar, siyasi və ictimai hərəkatlar ayətullah Ruhullah Xomeyninin şəklinin cırılmasına etiraz əlaməti olaraq mitinqlər keçiriblər.

Xəbər lenti

Xəbər lenti