...

Azərbaycanda ilk nümunəvi məktəb Gəncədə yaradılacaq

Cəmiyyət Materials 14 Dekabr 2009 17:56 (UTC +04:00)
Azərbaycan regionlarında ilk nümunəvi məktəb gələn il Gəncədə yaradılacaq. Bunu bazar ertəsi Azərbaycanın Təhsil Nazirliyinin baş məsləhətçisi Məhərrəm Səfərov Trend News-a deyib.
Azərbaycanda ilk nümunəvi məktəb Gəncədə yaradılacaq

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan regionlarında ilk nümunəvi məktəb gələn il Gəncədə yaradılacaq. Bunu bazar ertəsi Azərbaycanın Təhsil Nazirliyinin baş məsləhətçisi Məhərrəm Səfərov Trend -a deyib.

Onun sözlərinə görə, bu məktəb Gəncədə 27 saylı məktəbin bazasında yaradılacaq.

Nümunəvi məktəblərdə dərslər 5-ci sinifdən başlayacaq, şagirdlər və müəllimlər isə xüsusi seçimdən keçəcəklər. Bu məktəblərdə təhsil xüsusi proqramlarla aparılacaq.

"27 saylı məktəbin ibtidai sinif müəllimlərinin iş yerlərini itirmələri ilə bağlı narahatçılıqla əlaqədar olaraq məlumat veririk ki, onlar başqa məktəblərdə işlə təmin ediləcəklər", - Səfərov deyib.

Baş məsləhətçinin sözlərinə görə, bu kimi nümunəvi məktəblər Mingəçevir, Şirvan və Sumqayıtda da təşkil olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti