...

AFFA rəhbərliyi cəzaçəkmə müəssisəsində olub

Cəmiyyət Materials 14 Dekabr 2009 17:06 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi və Azərbaycan milli komandasının üzvləri - Kamran Ağayev, Vaqif Cavadov və Ruslan Abışov bu gün "Yetkinlik yaşına çatmamış uşaqların cəzaçəkmə müəssisəsi"ndə olublar.
AFFA rəhbərliyi cəzaçəkmə müəssisəsində olub

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi və Azərbaycan milli komandasının üzvləri - Kamran Ağayev, Vaqif Cavadov və Ruslan Abışov bu gün "Yetkinlik yaşına çatmamış uşaqların cəzaçəkmə müəssisəsi"ndə olublar.

Federasiyanın mətbuat xidmətindən bazar ertəsi Trend -a bildiriblər ki, AFFA nümayəndələrinin 2007 və 2008-ci ildə bu cəzaçəkmə müəssisəsində uşaqlarla görüşünü əks etdirən fotostendə baxdıqdan sonra assosiasiya rəhbərliyi və futbolçular onlara 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini çatdırıblar.

AFFA-nın baş katibi Elxan Məmmədov buradakı uşaqları qarşıdakı bayramlar münasibətilə təbrik edərək məhbusların hamısının tezliklə azadlığa qovuşmasını arzulayıb.

AFFA tərəfindən məhbus uşaqlara futbol geyim dəstləri və toplar hədiyyə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti