...

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçə səfər etmişdir

Cəmiyyət Materials 14 Dekabr 2009 23:18 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərlinin rəhbərliyi ilə Fondun nümayəndə heyəti dekabrın 7-dən 13-dək İsveçin paytaxtı Stokholm şəhərində işgüzar səfərdə olmuşdur. Bu barədə Fondun mətbuat xidməti məlumat verib.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçə səfər etmişdir

Azərbaycan, Bakı, 14 dekabr / Trend /

Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərlinin rəhbərliyi ilə Fondun nümayəndə heyəti dekabrın 7-dən 13-dək İsveçin paytaxtı Stokholm şəhərində işgüzar səfərdə olmuşdur. Bu barədə Fondun mətbuat xidməti məlumat verib.

Səfərin məqsədi kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi ilə əlaqədar İsveçin təcrübəsini öyrənmək, bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının strukturu, iş prinsipləri və fəaliyyəti ilə tanış olmaq, eləcə də ölkəmizdə yeni formalaşmış Fond haqqında məlumat vermək, gələcək əməkdaşlıq formalarını müəyyənləşdirmək olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyəti İsveçdə mətbuat orqanlarının fəaliyyətinə məsul olan İsveçin Mədəniyyət Nazirliyinin Media ilə İş Departamentinin rəhbərliyi, İsveç Beynəlxalq İnkişaf Agentliyinin (SİDA) məsul şəxsləri, İsveçin Mətbuata Yardım Təşkilatının idarəedici direktoru, ETC Mətbuat Təşkilatının direktoru, jurnalistlər və mətbuat işçiləri ilə görüşlər keçirilmişdir.

İsveç Beynəlxalq İnkişaf Agentliyinin (SİDA) rəhbərliyi ilə keçirilən görüşdə Agentliyin Fondla əməkdaşlığı, Azərbaycanda həyata keçirilə biləcək birgə layihələr barədə müzakirələr aparılmışdır. Qərara alınmışdır ki, SİDA-nın rəhbərliyinin 2010-cu ilin əvvəllərində Bakıya olacaq işgüzar səfəri zamanı əməkdaşlıq formaları geniş müzakirə olunsun.

Xəbər lenti

Xəbər lenti