...

Azərbaycanda yeniyetmə qızı zorlayan şəxsə 8 il iş verilib

Cəmiyyət Materials 15 Dekabr 2009 15:04 (UTC +04:00)
Trend News-un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cəlilabad rayon sakini Ramil Bayram oğlu Bayramova 8 il azadlıqdan məhrum etmə cəzası verilib.

Azərbaycan, Bakı, 15 dekabr / Trend , muxbir H.Bağırov/

Azərbaycanda yeniyetmə qızı zorlamaqda təqsirli bilinən şəxsə hökm oxunub.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cəlilabad rayon sakini Ramil Bayram oğlu Bayramova 8 il azadlıqdan məhrum etmə cəzası verilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin zorlama (149.1) maddəsi ilə ittiham olunub.

Bayramov bu ilin mayında yaşadığı Cəlilabad rayonunda qonşuları olan 17 yaşlı Sevdanı (ad şərti verilib) zorlayıb. Bayramov Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti