...

Azərbaycanın qadın gimnastlarından ibarət cütlük beynəlxalq yarışda gümüş medal qazanıb

Cəmiyyət Materials 15 Dekabr 2009 17:14 (UTC +04:00)
Azərbaycanın qadın gimnastlarından ibarət Ayla Əhmədova - Dilarə Sultanova cütlüyü Minskdə keçirilən beynəlxalq Bondarev Kuboku turnirində gümüş medal qazanıb. Bu barədə çərşənbə axşamı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend News-a məlumat verilib.
Azərbaycanın qadın gimnastlarından ibarət cütlük beynəlxalq yarışda gümüş medal qazanıb

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın qadın gimnastlarından ibarət Ayla Əhmədova - Dilarə Sultanova cütlüyü Minskdə keçirilən beynəlxalq Bondarev Kuboku turnirində gümüş medal qazanıb. Bu barədə çərşənbə axşamı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend -a məlumat verilib.

Müsabiqədə Belarusun ən yaxşı gimnastları, eləcə də dünya çempionu Alina Yuşko, azərbaycanlı Avropa çempionunu qabaqlayan Yekaterina Muraşko da daxil olmaqla, 10 ölkəni təmsil edən idmançılar iştirak ediblər.

"Bondarev Kuboku bu mövsümün sonuncu turniri və idmançıların Vroslava şəhərində (Polşa) keçiriləcək 2010-cu il dünya çempionatına hazırlıq üzrə ilkin mərhələ olub", - Azərbaycan idmançılarının məşqçisi İradə Qurbanova deyib.

Onun sözlərinə görə, bu il çox səmərəli keçib - Ayla və Dilarə mümkün olan bütün dünya turnirlərində və kuboklarında uğurla çıxış ediblər, hətta dünya oyunlarında uğur qazanıblar və təbii ki, Avropa çempionatının qızıl medalını əldə ediblər.

Hər il Minskdə xatirəsinə yarışlar həsr edilən Aleksandr Bondarev ötən yüzilliyin 30-cu illərində gimnastika üzrə sovet məktəbinin yaradıcılarından biri olub. 1938-ci ildə o, ilk təsnifat proqramını və gimnastika qaydalarını işləyib hazırlayıb. Məşhur idmançıya həsr olunmuş gimnastika üzrə ənənəvi turnir 1965-ci ildən keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti