...

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı Euronews kanalına etiraz edib

Cəmiyyət Materials 16 Dekabr 2009 11:50 (UTC +04:00)
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) Euronews kanalına etiraz edib.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı Euronews kanalına etiraz edib

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) "Euronews" kanalına etiraz edib.

"Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə tanışlıq səfəri edən "Euronews" telekanalının jurnalisti Maykl Riçman tərəfindən hazırlanmış reportajda həqiqətdən uzaq olan bir çox qərəzli məqamlar vardır. Verilişdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbərindən müsahibə alınmaması jurnalistin qeyri-obyektivliyini göstərir", - etiraz məktubunda bildirilib.

Məktubda qeyd olunub ki, reportajda Azərbaycanın Dağlıq Qarabağ regionunda yalnız ermənilərə aid abidə və kilsələr göstərilib. Lakin verilişdə həmin vilayətdə dağıdılmış qədim Azərbaycan abidə və məscidləri barədə məlumat verilməyib.

"Reportajın müxtəlif dillərə tərcümə variantlarında bəzi fikirlərin üst-üstə düşmədiyi və müəyyən məqamların ötürüldüyü aydın görünür. Məsələn, verlişin rus dili variantinda Dağlıq Qarabağ Muxtar Vilayətinin SSRİ dönəmində Azərbaycan ərazisi olduğu söylənildiyi halda, ingiliscə olan variantda bu məlumat vurğulanmayıb" . -sənəddə bildirilib.

AGAT Avropa demokratik-bəşəri dəyərlərinin cəmiyyətdə tətbiqini ən unikal inkişaf modeli sayır və Azərbaycanda təbliğ edir. Avropa demokratik dəyərləri kontekstindən çıxış edərək AGAT "Euronews" televiziya kanalının yanaşmalarını qeyri-obyektiv və qərəzli hesab edir. Bütün bunları nəzərə alaraq təşkilat "Euronews" televiziya kanalını Dağlıq Qarabağ və ətraf 7 rayondan məcburi köçmüş azərbaycanlı ailələrinin də ağır həyat şəraiti və işğal altında olan Dağlıq Qarabağ munaqişəsi barədə reportaj hazırlanması üçün Azərbaycana dəvət edir.

Noyabrın 28-də kanalda gedən "Dağlıq Qarabağda dəyişiklik küləkləri" adlı verilişdə tarixi faktlar təhrif olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti