...

AFFA rəhbərliyi futbol hakimlərini ədalətli olmağa çağırıb

Cəmiyyət Materials 16 Dekabr 2009 14:48 (UTC +04:00)
Azərbaycanın Futbol Federasiyaları Assosiasiyasının (AFFA) I vitse-prezidenti futbol hakimlərini ədalətli olmağa çağırıb.
AFFA rəhbərliyi futbol hakimlərini ədalətli olmağa çağırıb

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycanın Futbol Federasiyaları Assosiasiyasının (AFFA) I vitse-prezidenti futbol hakimlərini ədalətli olmağa çağırıb.

"Federasiya futbolun inkişafı üçün hər şeyi edir, həm çempionatın keçirilməsinə, həm də hakimlərin oyunları idarə etməsinə diqqətlə yanaşır. Əgər biz Azərbaycanda həqiqi mənada futbolun inkişafını istəyiriksə, nöqsanlar aradan qaldırılmalıdır. Hansı komandaların oyununu idarə etməsindən asılı olmayaraq, hakimlər ədalətli olmalıdırlar. Bu gün heç kim futbolda polis nəzarəti tətbiq edə bilməz", - çərşənbə günü Trend -a AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev bildirib.

Trend -un arayışı: "Unibank Premyer Liqanın" 2009-2010-cu il XVIII çempionatı ərəfəsində iki hakim Babək Quliyev və Anar Niyazov oyundan öncə klub rəhbərləri ilə danışığa görə hakimlikdən uzaqlaşdırılıb.

Əliyevin sözlərinə görə, hakimlərin peşəkarlığının artırılması üçün ildə iki dəfə seminarlar keçirilir.

"AFFA-nın prezidenti tərəfindən bu məsələni daim nəzarətdə saxlamaq üçün xüsusi komissiya yaradılıb. Onlar elə adamlardır ki, qərar qəbul etmələrinə heç bir təsir göstərmək mümkün deyil. Oyunların ədalətli idarə edilməsi daha çox klublardan və hakimlərin özlərindən asılıdr", - AFFA rəsmisi əlavə edib.

Onun fikrincə, əgər hər hansı iki komanda öz arasında və hakimlə oyunun nəticəsi barədə danışırsa, bu, çox pis haldır.

AFFA-nın belə faktları vaxtaşırı aşkarlamasına gəldikdə, I vitse-prezident deyib ki, danışıqlar olursa belə bunu təsdiq etmək lazımdır.

"Əgər biz hər hansı iki komandanın oyunun nəticəsi ilə bağlı danışıqlar apardığını iddia etsək, bu, bizim tərəfimizdən şər atılması kimi qəbul oluna bilər. Biz futbolumuzun inkişafının istəyiriksə, daxilən bunu arzulamalıyıq və buna hazır olmalıyıq. Əks halda, danışılan oyunlar bizim güclü komandaların irəliləməsinə mane olacaq və onlar beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edə bilməyəcəklər", - Əliyev vurğulayıb.

Hakimlərin ədalətlilik prinsipinə hazırda nə dərəcədə əməl etməsinə gəldikdə, Əliyevin fikrincə, Nizam-İntizam komitələrinin işinə heç kim müdaxilə etməməlidir.

"Bu komitənin sədri, müavini, aparatı var, nöqsanalrın aradan qaldırılması üçün onlar işləməli, nəzarət etməlidirlər. Onlar cavan hakimləri hazırladıqlarına görə bizdən vaxt istədilər. Biz də bu prosesə dəstək verdik və cavan hakimlər ortadadırlar. İndi artıq komitə onlarla vicdanla işləməlidir", - AFFA rəsmisi qeyd edib


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti