...

Azərbaycanda məktəb direktorunun məhkəməsi başlayıb

Cəmiyyət Materials 16 Dekabr 2009 14:57 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Şəmkir rayonunun Çənlibel kəndi orta məktəbinin direktoru Hidayət Hüseynovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Azərbaycan, Bakı, 16 dekabr / Trend , muxbir H.Bağırov /

Azərbaycanda terror barədə yalan məlumat verməkdə ittiham olunan məktəb direktorunun məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə MəhkəməŞəmkir rayonunun Çənlibel kəndi orta məktəbinin direktoru Hidayət Hüseynovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O, ifadəsində deyib ki, məktəbdə tanımadığı qız ona məktəbə bomba qoyulduğunu deyib. Onun sözlərinə görə, bu barədə əvvəlcə Şəmkir rayon Polis Şöbəsinə, sonra isə Fövqaladə Hallar Nazirliyinin 112 zəng xidmətinə məlumat verib.

Əməlindən peşman olduğunu söyləyən məktəb direktoru bildirib ki, 33 il pedaqoji təcrübəsi var, 1990-cı ildən isə məktəb direktoru vəzifəsini icra edir.

Prosesdə Şahzadə Mehdiyeva şahid qismində ifadə verib. O, ifadəsində bildirib ki, məktəbdə təmizlik işləri aparan vaxt Hüseynov ora gəlib.

"O, sərxoş vəziyyətdə idi. Mənə dedi ki, bura bomba qoymuşam. Mən də qorxumdan məktəbi tərk etdim", - şahid deyib.

Məhkəmə prosesi dekabrın 25-də davam etdiriləcək.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin terror barədə bilə-bilə yalan məlumat vermə (216) maddəsi ilə ittiham olunur.

Hüseynov bu il oktyabrın 17-də sərxoş vəziyyətdə Şəmkir rayon Polis Şöbəsinə, sonra isə Fövqaladə Hallar Nazirliyinin 112 zəng xidmətinə zəng edərək, işlədiyi orta məktəbə bomba qoyulması barədə xəbər verib.

Məktəbdə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparsalar da, məlumat təsdiqini tapmayıb. Hüseynov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti